Yuxarı

Sabirabadda uçan körpü yenidən tikiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabirabadda uçan körpü yenidən tikiləcək

Sabirabad rayonunun Sarxanbəyli kəndi ərazisində Aşağı Mil-Muğan kollektoru üzərində uçan körpü yenidən tikiləcək.

Axar.az-ın Report-a istinadən məlumatına görə, təxminən 6 minə yaxın sakinin istifadə etdiyi körpü qəzalı vəziyyətə düşdükdən sonra Sarxanbəyli kəndi ilə yanaşı, bir neçə yaşayış məntəqəsi iflic vəziyyətə düşüb.

Sakinlər avtomobillərini kollektorun bir sahilində saxlayır, digər tərəfə piyada keçməyə və ya taksi çağırmağa məcbur olurlar.

Onların sözlərinə görə, körpü uçulduqdan sonra uzun məsafə qət etmək, eləcə də vaxt baxımından böyük çətinliklər yaranıb.

Məlumata görə, körpü Aşağı Muğan Meliorasiya İdarəsinin balansında olub və 50 ildən artıq ki, istismar edilirdi. 2020-ci ildə qəzalı vəziyyətə düşdüyü üçün 2 tonluq nəqliyyat vasitələrinin hərəkətinə icazə verilirdi. Xəbərdarlıqlara baxmayaraq, ağır tonnajlı texnikanın körpüdən keçməsi sonda uçquna səbəb olub.

Ötən ilin sonlarında körpü tamamilə uçaraq yararsız hala düşüb. Hazırda körpünün yaxınlığında alternativ yolun çəkilişinə hazırlıq görülür.

Aşağı Muğan Meliorasiya İdarəsindən bildirilib ki, yeni körpünün tikintisi ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. Mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib, aktlar tərtib olunub, smeta-layihə sənədləri hazırlanıb. Planlaşdırılıb ki, 2026-cı ildə yeni körpü tikilərək sakinlərin istifadəsinə verilsin.

Tarix
2026.01.18 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla