Yuxarı

Dövlət sektorunda iş yerləri azalır: nə baş verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət sektorunda iş yerləri azalır: nə baş verir?

Son illər Azərbaycanda özəl sektorda çalışanların sayının artması fonunda dövlət sektorunda işçilərin sayında azalma müşahidə olunur. Bu proses ümumi məşğulluq baxımından müsbət tendensiya kimi qiymətləndirilir və əmək bazarında dayanıqlığın formalaşmasına töhfə verir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov dövlət sektorunda işçilərin sayının azalmasının səbəblərindən danışarkən deyib.

“Bütövlükdə muzdlu işçilər arasında özəl sektorun payının artması müsbət məqamdır, çünki iş yerlərinin əsasən özəl sektor hesabına formalaşması məşğulluğun uzunmüddətli dayanıqlığı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət sektorunda iş yerlərinin azalması bir tərəfdən struktur islahatları, digər tərəfdən isə bəzi dövlət qurumlarında aparılan optimallaşdırma və yenidən təşkiletmə prosesi ilə bağlıdır.

Struktur islahatları çərçivəsində bir-birini təkrarlayan və funksional baxımdan səmərəsiz iş yerlərinin ixtisar edilməsi təbii prosesdir. Eyni zamanda dövlət qurumlarında elektron xidmətlərin genişlənməsi və rəqəmsallaşma səviyyəsinin yüksəlməsi də iş yerlərinin sayına birbaşa təsir göstərir. Bu amillər nəzərə alındıqda dövlət sektorunda işçi sayının azalması əvvəlcədən gözlənilən idi.

Bütün bu proseslərlə paralel olaraq özəl sektorda yeni iş yerlərinin açılması müsbət dinamikanın əsas göstəricisidir və qarşıdakı dövrlərdə məşğulluğun əsasən özəl sektor hesabına təmin olunmasına çalışılmalıdır”, - deputat qeyd edib.

Qeyd edək ki, rəsmi statistikaya əsasən, hazırda Azərbaycanda dövlət sektorunda çalışanların sayı təxminən 869 min nəfərdir. Bu göstərici ötən il 882,8 min nəfər təşkil edirdi ki, nəticədə son bir il ərzində dövlət sektorunda işləyənlərin sayı təxminən 13,8 min nəfər azalıb. Müqayisə üçün bildirək ki, 2020-ci ildə dövlət sektorunda çalışanların sayı təxminən 911 min nəfər olub.

Tarix
2026.01.23 / 08:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla