Yuxarı

Kəndlərdən Bakıya axın var, gec olmadan... - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəndlərdən Bakıya axın var, gec olmadan... - Deputat

Sərhəd kəndlərinin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında çıxış edib.

O qeyd edib ki, Azərbaycanda 4200-dən çox kənd var:

"Kəndlərdən üzü rayon mərkəzinə, oradan isə Bakıya böyük axın var. Kəndlərin miqrasiya səbəbindən boşalması ciddi problemlərə gətirib çıxarır. Ona görə, düşünürəm ki, gec olmadan ucqar, sərhəd kəndlərin inkişafı ilə əlaqədar dövlət proqramı hazırlanmalıdır".

Qeyd edək ki, statistik məlumatlara görə, Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724 kənd ərazi dairəsi və 4244 kənd var.

Ərazisinə görə ən böyük rayon Quba, ən kiçik rayon isə Tərtər rayonudur.

Tarix
2026.01.23 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla