Yuxarı

Ekspertdən xəbərdarlıq: Bakıda kəskin şaxta, qar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspertdən xəbərdarlıq: Bakıda kəskin şaxta, qar...

Qış fəslinin son ayı hesab olunan fevral adətən dəyişkən hava, temperatur dalğalanmaları, eləcə də qar və şaxta ilə müşayiət olunur. Xüsusilə, son illərdə müşahidə edilən kəskin hava dəyişiklikləri fonunda bu il fevralda güclü qar yağışı, boran və sərt şaxta ehtimalı vətəndaşları narahat edən əsas məsələlərdəndir. Maraqlıdır, Bakı və Abşeronda fevral ayı sərt qış günləri ilə yadda qalacaqmı?

Axar.az xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov Konkret.az-a açıqlamasında uzunmüddətli hava proqnozlarına əsasən, Bakı və Abşeron yarımadasında fevral ayı ərzində dəyişkən hava şəraitinin müşahidə olunacağını bildirib.

“Ayın əvvəli nisbətən mülayim və sabit hava ilə başlayacaq. Cənub küləkləri üstünlük təşkil edəcəyi üçün qar ehtimalı çox aşağıdır, əsasən yağmursuz hava gözlənilir. Fevral ayının ikinci ongünlüyü (11–20 fevral) ən dəyişkən və soyuq mərhələ hesab olunur. Bakıda şimal-qərb küləklərinin (Xəzri) güclənməsi ilə kəskin soyuqlar gözlənilir. Bu ongünlüyün ortalarından etibarən (təxminən 14-18 fevral arası) yağıntıların əvvəlcə sulu qara, sonra isə qara keçmə ehtimalı yüksəkdir. Şəhərin hündür ərazilərində (Yeni Günəşli, Yasamal, Badamdar) qar örtüyünün yaranması mümkündür”, - ekspert əlavə edib.

C.Hüseynov qeyd edib ki, fevralın son ongünlüyündə “yalançı bahar” və soyuq dalğaların mübarizəsi müşahidə olunur:

“Havanın temperaturlarında tərəddüdlər gözlənilir. Bir neçə gün temperaturun 15°C-dək yüksəlməsi, ardınca isə qısamüddətli yağışlı və soyuq küləkli hava dalğası ehtimal olunur. Qar yağma ehtimalı nisbətən azdır”.

Tarix
2026.01.23 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

Prezident Meloninin şərəfinə şam yeməyi verdi

Paşinyan Ərdoğanın müavini ilə görüşündən yazdı

Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı

Speys TV-nin yeni rəhbəri danışdı: Hədəfimiz böyükdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla