Yuxarı

Lerikin bu kəndləri ilə əlaqə hələ də bərpa olunmayıb - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lerikin bu kəndləri ilə əlaqə hələ də bərpa olunmayıb - Video

Lerik rayonunda bir neçə gündür davam edən intensiv qar yağması bölgədə ciddi problemlərə səbəb olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, güclü qar nəticəsində rayonun Çayrud, Veri, Andırma və Rıvarud kəndləri ilə rayon mərkəzi arasında nəqliyyat əlaqəsinin tam bərpa olunmadığı, avtomobillərin hərəkətinin çətinləşdiyi bildirilib.

Lerik Rayon İcra Hakimiyyətindən bildirilib ki, yanvarın 19-dan 21-dək yağan qar örtüyünün qalınlığı Lerik şəhərində 1-1.2 metr, dağlıq ərazilərdə isə 1.3-1.5 metrə çatıb. Nəticədə bir sıra yaşayış məntəqələrinə gedən avtomobil yolları bağlanıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb:

52 saylı Yol İstismarı İdarəsi MMC-nin ağır texnikalarının cəlb olunması ilə 56 kilometrlik Lənkəran-Lerik avtomobil yolu qardan təmizlənərək nəqliyyatın hərəkəti bərpa edilib. Lerik Elektrik Şəbəkəsi isə ərazi icra nümayəndəlikləri, bələdiyyələr və yerli əhalinin köməyi ilə elektrik enerjisinin verilişini əsasən bərpa edib".

Məlumatda vurğulanıb ki, əsas magistral avtomobil yolları təmizlənsə də, yanvarın 22-23-də və sonrakı günlərdə müşahidə olunan güclü külək səbəbindən bəzi yollar yenidən bağlanıb.

"Hazırda kənddaxili avtomobil yollarının qardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Çayrud inzibati ərazi dairəsinə gedən yol təmizlənsə də, axşam saatlarında əsən külək səbəbindən yol yenidən bağlanıb və səhər saatlarından etibarən texnikalar yenidən əraziyə cəlb olunublar.

Rayon ərazisində qaz, su və rabitə ilə bağlı ciddi problemlərin qeydə alınmayıb. Rayon icra hakimiyyəti tərəfindən rayonun bütün əraziləri ilə mütəmadi əlaqələr saxlanılır, qarşıya çıxan problemlərin həlli istiqamətində operativ tədbirlər həyata keçirilir", - deyə məlumatda bildirilir.

Tarix
2026.01.24 / 13:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?

İranla quru sərhədin açılması mümkündür? – Deputat

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

ABŞ-la strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Venslə bağlı erməni yalanı: Azərbaycanda inanıblar...

Azərbaycana səfərim möhtəşəm idi - Vens

Azərbaycanda yeni televiziyaya lisenziya verildi

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

FHN və ADA arasında memorandum imzalandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla