Yuxarı

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

Erməni bloger Roman Baqdasaryan növbəti dəfə Qarabağla bağlı diqqətçəkən açıqlamalar verib. O, çıxışı zamanı Şuşanın əzəldən azərbaycanlılara məxsus olduğunu etiraf edən fikirlər səsləndirib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Baqdasaryan Qarabağdakı erməni kilsəsinə cavabdeh olan Parkevin Şuşada azərbaycanlılara məxsus evləri mənimsədiyini və satdığını qeyd edib.

“Daha bir nəfər isə guya yer üzündə Tanrının nümayəndəsi hesab olunurdu. Söhbət Qarabağdakı erməni kilsələrinə cavabdeh olan Parkevdən gedir. Onu öldürmədilər, çünki özləri kimi saxta biri idi. Məhz bu adam Şuşa 1992-ci ildə işğal olunandan sonra evlərin üzərinə “Bu ev Parkevindir, toxunmayın” yazdırırdı. Təsəvvür edin, beşmərtəbəli, doqquzmərtəbəli binaların üzərində “Parkevindir” sözləri yazılmışdı. Adi mülki şəxs talançılıq edəndə deyirsən ki, müharibədir, hər yerdə belə hallar olur. Amma özünü Tanrının nümayəndəsi adlandıran biri azərbaycanlılara məxsus çoxmərtəbəli binanın üzərinə “Bu Parkevin evidir” yazırsa, bu artıq başqa məsələdir”, - Baqdasaryan qeyd edib.

Baqdasaryan bildirib ki, Parkev hələ 1990-cı illərdə azərbaycanlılara məxsus evləri 2 min dollara satırdı:

“Parkev, cavab ver görək: Tanrının adamı başqa xalqa aid evi mənimsəyib üzərinə “Bu mənim evimdir, 2000 dollara satılır” yaza bilərmi? Maraqlıdır ki, heç bir qarabağlı erməni çıxıb “Parkev alçaqdır” demir. Heç kim demir ki, “Bu günahdır, siz bunu necə edə bilərsiniz?” Baxın, özünü Tanrının nümayəndəsi kimi təqdim edən adam azərbaycanlıların mənzillərini 2000 dollara satırdı. Bu adam talançılıqda iştirak edib və ona görə də ona toxunmayıblar. Kim sərfəli deyildisə, onları aradan götürürdülər, şəhərləri isə öz aralarında bölüşdürürdülər. Orada çoxlu metal tullantıları var idi, onları İrana satırdılar. Zavodlar, nar bağları vardı”.

Tarix
2026.05.16 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla