Yuxarı

Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşağına görə məzuniyyətə çıxan valideynlərin diqqətinə!

3 yaşı tamam olanadək uşağa qulluq edən valideynin sosial məzuniyyət müddəti əmək stajına daxil edilə bilər.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.

Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq edən valideynlərin birinin, yaxud ailənin başqa üzvünün qismən ödənişli sosial məzuniyyət müddətinin məzuniyyət hüququ verən əmək stajına daxil edilməsi istiqamətində müvafiq qanunvericilikdə dəyişikliklər edilməsini zəruri hesab edirlər.

Belə ki, uşağa 3 yaşı tamam olanadək qulluq edən şəxslərin sosial məzuniyyət müddətinin əmək stajına daxil edilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik təklif olunur.

Təklifə əsasən, uşağa birbaşa qulluq edən valideynlərdən birinin və ya ailənin digər üzvünün götürdüyü qismən ödənişli sosial məzuniyyət dövrü də məzuniyyət hüququ verən əmək stajına daxil ediləcək.

Dəyişiklik qəbul olunsa, uşağa qulluq məqsədilə işdən müvəqqəti ayrılan şəxslərin həmin müddətdə əmək stajı qorunacaq və bu hal onların gələcək əmək hüquqlarına mənfi təsir göstərməyəcək.

Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan Əmək Məcəlləsinə görə, qismən ödənişli sosial məzuniyyət müddəti əmək məzuniyyəti hüququ verən əmək stajına daxil edilmir.

Bununla yanaşı, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbirlərin görülməsi də hədəflər arasındadır.

Tarix
2026.05.16 / 21:41
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla