Yuxarı

Zakir Fərəcovun sakinlərlə görüşləri davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Fərəcovun sakinlərlə görüşləri davam edir

Sumqayıt şəhərində vətəndaş məmnunluğunun artırılması və əhalinin müraciətlərinin yerində dinlənilməsi məqsədilə davamlı olaraq səyyar qəbul-görüşlər təşkil olunur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti görüşü şəhərin 1-ci məhəlləsində keçirilib.

Axar.az xəbər verir ki, səyyar qəbulda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müvafiq idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qəsəbə sakinləri iştirak ediblər.

Görüş zamanı şəhər rəhbəri vətəndaşların müraciətlərini fərdi qaydada dinləyib, sosial müdafiə, məişət şəraiti, kommunal xidmətlər, yol və infrastrukturla bağlı qaldırılan məsələlər qeydə alınıb. Müraciətlərin bir hissəsi yerində operativ həllini tapıb, araşdırma tələb edən məsələlər üzrə isə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Zakir Fərəcov qəbul zamanı Sumqayıt şəhərində aparılan abadlıq və quruculuq işləri, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, kommunal xidmətlərin keyfiyyətinin artırılması, yaşayış məhəllələrinin mərhələli şəkildə yenidən qurulması və əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələr barədə sakinlərə ətraflı məlumat verib. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl və planlı şəkildə davam etdiriləcək.

Görüşdə iştirak edən sakinlər son illər Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq işlərini yüksək dəyərləndirərək, vətəndaş müraciətlərinə çevik və həssas münasibətə görə şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Tarix
2026.02.06 / 15:16
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla