Yuxarı

Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir?

Bakıda yerləşən “İdrak” liseyində müəllimin güllələnməsi ilə nəticələnən hadisənin nəticəsindən asılı olaraq, cinayət məsuliyyəti fərqli maddələrlə müəyyən edilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov “İdrak” liseyində baş verən silahlı insidentlə bağlı deyib.

“Müəllimin səhhəti üçün təhlükə aradan qalxarsa, hadisə ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilər. Əgər hadisə ölümlə nəticələnsə, bu hal Cinayət Məcəlləsinin 124-cü maddəsi - ehtiyatsızlıqdan adam öldürmə kimi qiymətləndirilə bilər və bu maddə üzrə maksimum üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hazırkı vəziyyətdə isə hadisəyə daha çox Cinayət Məcəlləsinin 131-ci maddəsi - ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma prizmasından baxılır. Həmin maddəyə əsasən, bir ilədək azadlıqdan məhrumetmə cəzası mümkündür”, - hüquqşünas bildirib.

Ə.Həsənov qeyd edib ki, hadisəni törədən şəxsin yetkinlik yaşına çatmaması mühüm hüquqi amildir:

"Cinayət Məcəlləsinin 84-85-ci maddələrinə əsasən, 14 yaşına çatmış şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər və 10-cu sinif şagirdinin bu yaş həddinə çatdığı ehtimal olunur. Bununla belə, yetkinlik yaşına çatmayanlara tətbiq edilən cəzalar daha yüngül olur və adətən azadlıqdan məhrumetmə iki ildən artıq olmur.

Məhkəmə azadlıqdan məhrumetmə əvəzinə şərti cəza, islah işləri və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinə də qərar verə bilər. Bu tədbirlərə xəbərdarlıq, valideynlərin nəzarətinə verilmə, məcburi təlimə cəlbetmə, asudə vaxtın məhdudlaşdırılması və davranışla bağlı xüsusi tələblərin müəyyən edilməsi daxildir. Böyük ehtimalla məhkəmə də məhz bu tip tədbirlərə üstünlük verəcək".

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov isə bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir:

"Təəssüf ki, bu hadisə qəsdən törədilib. Burada ehtiyatsızlıqdan törədilən cinayət əlamətləri yoxdur. Bu isə cinayət törətmiş məktəblinin tam məsuliyyətə cəlb olunmasına imkan verir”.

Vəkilin sözlərinə görə, məktəb mühafizəçisinin cinayət məsuliyyəti məsələsi də ciddi şəkildə araşdırılmalıdır:

"Əgər onun vəzifə səhlənkarlığına yol verdiyi aşkar edilərsə, əlbəttə, məsuliyyətə cəlb oluna bilər. Məktəblinin istifadə etdiyi ov silahının atasına qanuni şəkildə məxsus olub-olmaması da sual doğurur. Həmçinin mülki silah evdə xüsusi saxlancda saxlanılmalıdır. Xəsarətin dərəcəsindən asılı olaraq, Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmayıbsa, bu, cinayətə cəhd hesab olunur. Əgər məqsəd həmin şəxsi öldürmək olubsa, məsuliyyət daha ağır olacaq. Bu halda əməl qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilir və təqsirli şəxsin 7 ildən yuxarı azadlıqdan məhrum ediləcəyi gözlənilir. Lakin xüsusi olaraq qeyd etmək lazımdır ki, məktəblini bu cinayəti törətməyə təhrik edən səbəblər də ciddi şəkildə araşdırılmalıdır”.

Tarix
2026.02.06 / 16:11
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Liseydə müəllimin güllələnməsi: Nəticəsi ağır olacaq…

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Ölkəmizin xarici siyasəti qlobal sülhə real töhfələr verir

Bakı və İrəvan malların siyahısını mübadilə etdi - Papoyan

Prezident: Azərbaycan bölgədəki vəziyyətdən narahatdır

İlham Əliyev İranın müdafiə nazirini qəbul etdi - Foto

Bakı separatçı-terrorçulara hökm oxudu - Rusiyadan ilk reaksiya

Əliyev güclü liderdir, çalışacaq ki, İran... - Mixaylov

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla