Yuxarı

Həmzəyev bu qohumlarına AAYDA-da vəzifə verib - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmzəyev bu qohumlarına AAYDA-da vəzifə verib - Siyahı

Məlum olduğu kimi, ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi baş verib.

Axar.az Tribuna.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə qurumun rəhbəri Saleh Məmmədov vəzifəsindən azad edilib. Onun yerini isə Vüsal Nəsirli tutub.

Qeyd edək ki, AAYDA-da önəmli fiqurlardan biri də qumunun Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevdir. Agenliyin “kilid ism”lərindən biri olan bu şəxs bir müddət əvvəl övladına bahalı toy etməsi ilə gündəmə gəlmişdi. Belə ki, Həmzəyevin həmin toya 500 min manata yaxın xərc çəkdiyinə dair iddialar vardı. Bu gün də açıq mənbələrdə həmin toyda masanın qiymətindən tutmuş, məşhur müğənnilərin iştirakına dair məlumatlar mövcuddur.

Araşdırma zamanı Həmzəyevin daha bir “məziyyəti” üzə çıxıb. Məlum olub ki, sözgedən şəxs Agentlikdə sözün həqiqi mənasında “ailə podratı” yaradıb. Belə ki, Maliyyə İdarəsinin rəisi öz yaxın qohumlarını AAYDA-da işlə təmin edib.

Əldə etdiyimiz məlumata əsasən, Həmzəyevin vəzifə tutan yaxın qohumlarının siyahısını təqdim edirik:

– Zaur Həmzəyev: Müseyib Həmzəyevin əmisi oğludur. O, 1 saylı Yol İstismar İdarəsinin müdiri postunu tutur.

– Araz Bəndəliyev: Həmzəyevin xalası oğludur. Hazırda 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri vəzifəsində çalışır;

– Toğrul Həmzəli: Müseyb Həmzəyevin qardaşı oğludur. O, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi postuna sahibdir;

– Təhminə Həmzəyeva: Müseyb Həmzəyevin bacısıdır. AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiridir;.

– Mətanət Həmzəyeva: Sözügedən şəxsin bacısıdır. Hazırda “Azəryolelmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi işləyir;

– Dilavər Həmzəyev: AAYDA Maliyyə İdarəsi rəisinin yeznəsidir. O, 1 saylı Yaşıllaşdırma İdarəsinin müdir müavinidir;

- Ustubat Niftəliyev: Həmzəyevin yeznəsidir. 3 saylı Yaşılllaşdırma İdarəsinin rəisi postunu tutur.

Tarix
2026.02.08 / 18:34
Müəllif
Axar.az
Digər xəbərlər

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla