Yuxarı

Tiflisə gedən sərnişinlər aldadılıb, yarı yolda atıldı – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisə gedən sərnişinlər aldadılıb, yarı yolda atıldı – Özəl

Bakı-Tiflis avtobusunda sərnişinləri aldadıblar.

"Axar.az" məlumat verir ki, dünən Bakıdan Tiflisə hərəkət edən avtobus sərnişinləri Azərbaycan-Gürcüstan sərhədində, "Qırmızı Körpü" deyilən ərazidə düşürərək geri qayıdıb. Sərnişinlər deyir ki, "Qırmızı Körpü"də sürücü sərnişinlərə qeydiyyatdan keçərkən yüklərini də götürmələrini bildirib. Şərnişinlər nəzarət-buraxılış məntəqəsindən keçdikdən sonra məlum olub ki, onları gətirən avtobus Bakıya geri qayıdıb. Aldadılan sərnişinlər belə bir halın dəfələrlə təkrar olunduğunu deyir.

Sərnişinlərin sözlərinə görə, Bakı-Tiflis biletini onlara olduğundan baha satıblar: "Bilet alarkən dedilər ki, Tiflis və Marneuli reysi var. Biz Tiflis reysinə bilet aldıq. Biletin üstünə 12 AZN yazıldığı halda 13 AZN tələb edildi. Səbəbini soruşduqda kassir müəyyən bəhanələr gətirdi. Sonradan bildik ki, bizə satılan bilet Marneuli avtobusuna imiş".

Sərnişinlər problemlə əlaqədar Nəqliyyat Nazirlinin qaynar xəttinə zəng ediblər. Nazirlik sözçüsü Namiq Həsənov məsələ ilə maraqlanacağını və lazımi tədbir görüləcəyini bildirib.

Tarix
2014.03.04 / 16:10
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla