Yuxarı

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Axar.az-a bildirilib ki, Günəşin fəallığı zəifləyib və əsasən B sinif alışmalar qeydə alınıb. Alışmalara bağlı olaraq tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb.

Günəş küləyinin maksimal sürəti saniyədə 701 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 431 kilometrdir.

Tac dəliyi axınlarının təsiri ilə geomaqnit sahəsi sakit-aktiv səviyyələr arasında dəyişib.

Aprelin 13-dən 19-dək C sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faizdir.

Günəş küləyinin sürəti müsbət qütblü tac dəliyi axınlarının (TDA) təsirilə yenə də normadan yüksək olacaq. Geomaqnit sahəsinin sürəti müsbət qütblü TDA-nın təsirilə sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.

Tarix
2026.04.13 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla