Yuxarı

DİN-dən bu reklamlarla bağlı xəbərdarlıq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən bu reklamlarla bağlı xəbərdarlıq - Video

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə cəlbedici reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

DİN-dən Axar.az-a verilən məlumata görə, sosial şəbəkədə və müxtəlif onlayn platformalarda tez-tez "brend məhsullar çox ucuz qiymətə satılır" kimi cəlbedici reklamlarla rastlaşmaq mümkündür.

İlk baxışda bu təkliflər son dərəcə sərfəli və cazibədar görünür. DİN vətəndaşlara xəbərdarlıq edir ki, bu cür reklamlar əksər hallarda məşhur brendlərin adından istifadə etməklə etibar qazanmağa yönəlir.

Məhsullar real bazar qiymətindən xeyli aşağı təqdim olunur, "son fürsət", "məhdud sayda" kimi ifadələrlə insanlarda tələskənlik hissi yaradılır və düşünülməmiş qərar verməyə sövq edilir.

Bu tip halların əsas məqsədi isə vətəndaşların şəxsi məlumatlarını, xüsusilə bank kartı məlumatlarını ələ keçirməkdir.

"Şübhəli linklərə daxil olmayın, saytın ünvanını və etibarlılığını diqqətlə yoxlayın, alış-verişi yalnız etibarlı və tanınmış platformalarda edin, emosional təzyiq yaradan reklam və kampaniyalara aldanmayın. Belə hallarla qarşılaşdıqda həmin reklamlara reaksiya verməmək vacibdir. Əgər artıq hər hansı məlumat daxil edilibsə və ya şübhəli əməliyyat baş veribsə, vaxt itirmədən müştərisi olduğunuz banka və hüquq-mühafizə orqanlarına məlumat verin", - xəbərdarlıqda vurğulanıb.

Tarix
2026.04.28 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

Keçmiş köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla