Yuxarı

Əli Əsədov yeni qərar imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əsədov yeni qərar imzaladı

“Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi Qaydası” təsdiq edilib.

Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, monitorinq “Qaz təchizatı haqqında” qanunda nəzərdə tutulmuş müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Tənzimləyici tərəfindən keçirilir.

Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə uyğun həyata keçirilir.

Monitorinqin məqsədi monitorinq subyektləri tərəfindən Qanunun tələblərinə əməl olunmasına müəyyən edilmiş dövriliklə həyata keçirilməsini, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.

Monitorinq subyektləri aşağıdakılardır:

- qazpaylayıcı sistem operatoru;

- yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri, ixtisaslaşmış istehlak kooperativləri, binanı idarə edən hüquqi şəxslər və fərdi sahibkarlar (idarəedici təşkilatlar), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri);

- balansında dövlət mənzil fonduna aid binaları olan dövlət orqanları (qurumları);

- ixtisaslaşmış podratçılar;

- istehlakçılar.

Tarix
2026.05.07 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

Azərbaycan və Özbəkistan XİN başçıları danışdı

Azərbaycanla tarixi uğura imza atdıq - Kobaxidze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla