Yuxarı

Qarabağdakı kəndlərdə xüsusi velosiped yolları salınır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağdakı kəndlərdə xüsusi velosiped yolları salınır

Azad edilmiş ərazilərdə hər şeyi sıfırdan qururuq.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) "Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında: Şəhərlərin səsləri" adlı tədbirdə deyib.

O bildirib ki, mənzil yalnız sosial hüquq və ya fiziki sığınacaq deyil:

"Biz eyni zamanda onun iqtisadi fəaliyyətin hərəkətverici qüvvəsi olduğuna inanırıq. Davamlı inkişafı sosial inklüzivlik olmadan təmin etmək tamamilə mümkün deyil. Eyni zamanda biz inanırıq ki, iqtisadi imkanlar olmadan uğurlu köçürmə siyasətini həyata keçirmək də imkansızdır. Bizim yanaşmamız məhz budur və bunu burada qazandığımız təcrübə əsasında izah etmək istəyirəm. Postmünaqişə şəraitində mənzil təminatı çox vaxt insanların geri qayıdışının ilk görünən əlaməti və əhali arasında etimadın bərpasının əsasını təşkil edir. Dediyim kimi, biz hər şeyi sıfırdan qurduğumuz üçün şəhərlər, kəndlər və ağıllı kəndlər inşa edirik və onların hər biri həm sosial, həm də iqtisadi dəyər daşıyır".

V.Hacıyev vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə yollar, əsas magistrallar çəkilir:

"Bununla yanaşı, həmin kəndlərdə təhsil müəssisələrinin, səhiyyə obyektlərinin yaradılmasına, keyfiyyətli xidmətlərə çıxışın təmin olunmasına və bununla bağlı bütün məsələlərə xüsusi diqqət yetiririk. İqlim imkanlarından maksimum istifadə etməyə çalışırıq. Evlərin damlarına günəş panelləri quraşdırılır ki, bu da orada yaşayacaq insanların kommunal xərclərini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda kəndlərdə xüsusi velosiped yolları salınır ki, insanlar məktəbə və digər məntəqələrə rahat şəkildə gedə bilsinlər".

Tarix
2026.05.19 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

Bakı sülhlə bağlı yalnız son bir addımı gözləyir...

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla