Yuxarı

Qazaxıstanlı general Azərbaycana gəldi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstanlı general Azərbaycana gəldi - Foto

Qazaxıstan Milli Müdafiə Universitetinin rəisi general-mayor Baurjan Abjanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Qazaxıstan nümayəndə heyətinə universitetin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində həyata keçirilən islahatlar və onların müsbət nəticələri haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində nümayəndə heyəti MMU-nun tabeliyində fəaliyyət göstərən Hərb Oyunları Mərkəzini, Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edərək yaradılmış şəraitlə tanış olub.

Ziyarət zamanı təhsil müəssisələrinin ərazisində mövcud olan Heydər Əliyev muzeyində qonaqlara Ulu Öndərin həyat yolu və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri xatirə kitabına ürək sözlərini yazıb.

Zəfər Muzeyini ziyarət edən qonaqların diqqətinə Vətən müharibəsi zamanı qazanılmış tarixi qələbənin əhəmiyyəti çatdırılıb.

Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Tarix
2026.05.23 / 14:45
Müəllif
Axar.az
Digər xəbərlər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

İlham Əliyev onlara müraciət ünvanladı

İlham Əliyev İspaniya Kralını təbrik etdi

İranın daxili işlər naziri Azərbaycana gəldi

İlham Əliyev Hun Manetlə məhdud tərkibdə görüşdü

Kamboca baş nazirinin rəsmi qarşılanma mərasimi oldu

Kamboca baş naziri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla