Yuxarı

Yeni polis rəisi kadr dəyişikliyinə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub.

Report xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunduqdan sonra bir neçə nəfər tutduğu vəzifədən azad edilib.

Məlumata görə, RPŞ-nin Cinayət axtarış bölməsinin rəisi Məhərrəm Məmmədov, əməliyyat müvəkkilləri Ruslan Əhmədov, Rəşad Məmmədov, Vahid Fənifəyev, Rövşən Məmmədov, Amil Şərifov, Oktay Məmmədov və sahə müvəkili Yaqub Ağayev işdən çıxarılıblar. Belə ki, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Vahid Fənifəyev, Oktay Məmmədov, Rövşən Məmmədov və sahə müvəkili Yaqub Ağayev yaş həddinə görə təqaüdə göndərilib. Ruslan Əhmədov və Rəşad Məmmədov isə sərəncama götürülüb. Bölmənin rəisi Məhərrəm Məmmədov Ağcabədi Rayon Polis Şöbəsinə, əməliyyat müvəkkili Amil Şərifov isə Əlibayramlı Polis Şöbəsinə göndərilib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Bərdə Rayon Polis Şöbəsinə İlqar Məmmədov rəis təyin olunub.

Tarix
2016.09.21 / 13:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla