Yuxarı

Avtobusdan istifadə edənləri sevindirən qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtobusdan istifadə edənləri sevindirən qərar

Yayın gəlişi ilə Bakıda ictimai nəqliyyatda kondisioner məsələsi yenidən aktuallaşıb. Xüsusilə günün isti saatlarında avtobuslardan istifadə edən sərnişinlər adətən havalandırma və soyutma sistemlərinin işləməməsindən narazılıq edir.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Yeni Sabah-ın sorğusunu cavablandırıb.

Qurumdan bildirilib ki, daşıyıcılara tapşırıq verilib:

“Hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib. Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb”.

Sorğuya cavab olaraq “Bakı Bus” MMC-dən bildirilib ki, şirkətin istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz edilib.

Qurumun açıqlamasına görə, yay mövsümünün başlanması ilə əlaqədar kondisioner sistemlərinin mərhələli şəkildə aktivləşdirilməsinə artıq başlanılıb.

“Reqlament qaydalarına əsasən kondisionerlərin tam rejimdə istifadəsinə iyunun 15-dən etibarən keçid nəzərdə tutulsa da, hava şəraitinin isti keçməsi və sərnişin məmnuniyyətinin təmin edilməsi nəzərə alınaraq proses mərhələli şəkildə həyata keçirilir”, – deyə açıqlamada vurğulanıb.

“Xaliq Faiqoğlu” MMC saytımıza bildirib ki, istismar etdiyi avtobusların 85 faizi kondisionerlə təchiz olunmuş müasir nəqliyyat vasitələridir:

“Şirkətimizin istismarında olan marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən avtobusların 85 faizi müasir tipli nəqliyyat vasitələridir və havasərinlədici sistemlərlə təchiz edilib. Əvvələcən tərtib edilmiş proqrama əsasən avtobusların kondisionerlərinin yay rejiminə hazırlanması və test edilməsi başa çatdırılıb. Hava şəraitinə uyğun olaraq yaxın günlərdə bütün avtobuslarımızda kondisionerlər mərkəzləşdirilmiş qaydada qoşulacaq.

Yay aylarında kondisioneri işlək olmayan və ya iş başında texniki nasazılq yarandıqda avtobuslar xətdən kənarlaşdırılır və təmir edilərək sərnişinlərin ixtiyarına verilir”.

Tarix
2026.06.08 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Əsmər Əliyeva vəzifəsindən azad olundu

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

İran ətrafında yaranmış vəziyyət... - Bayramov

Nazirlərin növbəti üçtərəfli görüşü Tiflisdə keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla