Yuxarı

15 yaşlı uşağın 6 min qumar borcu var… - Kəmərli

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
15 yaşlı uşağın 6 min qumar borcu var… - Kəmərli

Valideynlər uşaqların telefonlarda nə ilə məşğul olduğunu nəzarətdə saxlamalıdırlar. Çoxsaylı izləyicisi olan tiktokerlər, blogerlər və yutuberlər uşaqlar üçün ciddi risklər yarada bilər. Canlı yayımlarda on minlərlə, hətta yetmiş–səksən min izləyicisi olan blogerlər mövcuddur. Bu cür şəxslərlə bağlı ciddi tədbirlər görülməlidir.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bunu “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi” İB-nin rəhbəri Nail Kəmərli Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, məsələ təkcə onları qısa müddətli inzibati qaydada cəzalandırmaqla həll olunmamalıdır.

O bildirib ki, bu istiqamətdə qanunvericiliyin daha sərt şəkildə tətbiqinə ehtiyac var:

"Eyni zamanda tiktokerlərlə yanaşı valideynlərə də məsuliyyət və nəzarət öhdəliyi baxımından müəyyən sanksiyalar tətbiq olunmalıdır. Bu yaxınlarda mənə 15 yaşlı bir uşaq zəng etdi, ağlayırdı. Əvvəlcə onun narkotik istifadəçisi olduğunu düşündüm. Daha sonra məlum oldu ki, o, 12 yaşından etibarən onlayn kazino oynayır. Məsələni araşdırdıq və aydın oldu ki, problemin kökündə ailə mühiti dayanır. Ata-ana ayrılıb, ana işləyir, uşaq isə nəzarətsiz qalıb və başqa bir şəxsin təsiri ilə onlayn kazinoya cəlb olunub. Hazırda onun altı min manat qumar borcu var".

Tarix
2026.06.09 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla