Yuxarı

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Yasamal rayonu Bakı Baş Səhiyyə Mərkəzində, Aran RM tərəfindən Yevlax şəhər İcra Hakimiyyəti başçısının Nemətabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Yevlax rayonu Aran qəsəbə 2 nömrəli tam orta məktəbində, Gəncə RM tərəfindən Göygöl Şərab Zavodu ASC-də, Qarabağ RM tərəfindən Tərtər şəhər 5 nömrəli körpələr evi-uşaq baxçasında, Muğan RM tərəfindən Şirvan şəhər Onkoloji Xəstəxanasında, Şimal-qərb RM tərəfindən Qobustan rayonu Mədəniyyət Mərkəzində və Zaqatala rayonu Mazıx kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Tarix
2026.06.09 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bu ölkələrə səfər etməyin - XİN-dən xəbərdarlıq

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

Rusiya Bakı və İrəvanı itirir, tək qalıb - Zelenski

Ceyhun Bayramov Yaponiyaya getdi

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla