Yuxarı

EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...

Bərabər Əməkhaqqı üzrə Beynəlxalq Koalisiyanın (EPIC) rəsmi saytında son illər Azərbaycanda əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirilməsi, əmək münasibətlərində gender bərabərliyinin dolğun təminatı üçün aparılan islahatlara dair məlumat dərc edilib.

Axar.az xəbər verir ki, məlumatda cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqı ödənilməsi ilə bağlı son vaxtlar milli qanunvericilikdə edilmiş dəyişiklik xüsusi vurğulanır.

Bu addımın gender əsaslı bərabərsizliklərin azaldılmasına töhfə verməklə yanaşı, həm də inklüziv iqtisadi artımı dəstəklədiyi, ədalətli və şəffaf əməkhaqqı təyin edilməsi təcrübəsini təşviq etdiyi qeyd olunur.

Eyni zamanda, qadınların əmək bazarında iştirakının dəstəklənməsi, onların məşğulluq imkanlarının artırılması üçün son illər ölkəmizdə görülən işlər yüksək qiymətləndirilir. Qadın əməyi ilə bağlı qanunvericilik islahatları nəticəsində Azərbaycanın Dünya Bankının “Qadın, Biznes və Hüquq” üzrə 2024-cü il hesabat-reytinqdə öz indeksini 78,8-dən 85-ə yüksəltdiyi bildirilir. Qeyd edilir ki, Dünya Bankının 2026-cı il üzrə hesabat-reytinqində də ölkənin bu islahatlarının gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması sahəsində ən yaxşı təcrübələrdən biri olduğu əksini tapıb.

Beynəlxalq Əmək Təşkilatı və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi, Azərbaycan da daxil olmaqla 80-dək ölkənin üzv olduğu EPIC qadınlar və kişilər arasında bərabər əməkhaqqı ödənişi prinsipini qlobal səviyyədə təbliğ və təşviq edir, bu sahədə hökumətlərə və müvafiq təşkilatlara ekspertiza dəstəyi göstərir.

Tarix
2026.06.09 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla