Yuxarı

“Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi

Azərlotereya”nın “Media klub” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Axar.az xəbər verir ki, bu dəfə jurnalistlər üçün "Liv Bona Dea" Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib.

Səhər yeməyi formatında keçirilən tədbirdə 30-dan artıq media qurumunun xanım nümayəndəsi iştirak edib. Görüşün əsas məqsədi qadın sağlamlığı, profilaktik müayinələrin əhəmiyyəti, vaxtında diaqnostikanın insan həyatındakı rolu və süd vəzi xərçənginin erkən mərhələdə aşkarlanması barədə maarifləndirmə işlərinin aparılması olub.

Tədbirdə bu cür maarifləndirici təşəbbüslərin ictimai əhəmiyyəti vurğulanıb. Görüş zamanı qadın sağlamlığı, check-up müayinələri, mamoqrafiyanın önəmi, erkən diaqnostika və sağlam həyat tərzi kimi mövzular müzakirə olunub, media nümayəndələrinin sualları cavablandırılıb.

Daha sonra iştirakçılar konfrans otağında Liv Bona Dea Hospitalının fəaliyyəti, tibbi xidmət istiqamətləri, müasir infrastrukturu və pasiyentlər üçün təqdim etdiyi imkanlar haqqında təqdimatı izləyiblər. Ardınca media nümayəndələri üçün hospital üzrə tanışlıq turu təşkil olunub. Tur zamanı iştirakçılar cərrahiyyə, radiologiya, laboratoriya, uşaq şöbəsi, palatalar, helikopter eniş meydançası və digər tibbi infrastruktur imkanları ilə tanış olublar.

Tədbirdə iştirak edən jurnalistlərə özləri və ya ailə üzvləri üçün "Liv Bona Dea" Hospitalında check-up və ya mamoqrafiya müayinəsindən yararlanmaq imkanı da təqdim edilib.

“Azərlotereya” ASC-nin mütəmadi olaraq təşkil etdiyi “Media klub” layihəsi media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi, ictimai əhəmiyyət daşıyan mövzular üzrə maarifləndirmənin artırılması və sosial məsuliyyət təşəbbüslərinin dəstəklənməsi məqsədini daşıyır.

Tarix
2026.06.09 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla