Yuxarı

Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət vəsaitini talayan şəxslərə hökm oxundu

Külli miqdarda dövlət vəsaitini talamaqda təqsirləndirilən Məhərrəm Əliyev, Qurbanxan İsgəndərov və Yaşar Heydərov cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məhərrəm Əliyev 2 il sınaq müddəti təyin olunmaqla şərti, Qurbanxan İsgəndərov 2 il 1ay 5 gün həbs, Yaşar Heydərov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qurbanxan İsgəndərov barəsində cəza ev dustağlığı müddətindən hesablanıb və cəzası çəkilmiş hesab edilib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Bildirilib ki, təqsirləndirilən şəxslərin dövlətə vurduğu ziyanın böyük hissəsi ödənilib.

İş üzrə dəymiş ümumi ziyan 66472,17 manat hesablanıb.

İstintaqla Məhərrəm Əliyevin 24.08.2022-ci il tarixdən 31.10.2023-cü il tarixədək Masallı rayon MKTİB-nin rəisi vəzifəsində işlədiyi müddətdə qurumun baş mühasibi Qurbanxan İsgəndərov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 73 min manatdan artıq büdcə vəsaitini “Məhəmməd-2022” MMC-nin direktoru Yaşar Heydərovun köməkliyi ilə mənimsəməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Məhərrəm Əliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda törədilməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), Qurbanxan İsgəndərova və Yaşar Heydərova isə həmin Məcəllənin 32.5, 179.2.3, 32.5, 179.2.4, (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmədə köməkçi) 308.1, 313-cü və digər maddələri ilə ittiham edilib.

Tarix
2026.06.09 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla