Yuxarı

Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niderlandın İrandakı səfirliyi Bakıdan Tehrana qaytarıldı

ABŞ ilə İsrailin fevralın 28-də İrana hücumundan sonra başlayan müharibəyə görə Niderlandın İslam Respublikasında səfirliyi Azərbaycanda fəaliyyət göstərirdi və artıq Tehrandakı işini bərpa edib.

Axar.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyi X sosial şəbəkə hesabında məlumat yayıb.

"Müvəqqəti olaraq Azərbaycandan fəaliyyət göstərdikdən sonra Niderland Krallığının İrandakı Səfirliyi 7 iyun 2026-cı il tarixindən etibarən Tehranda fəaliyyətini bərpa edib", - məlumatda bildirilib.

Paylaşımda dəstəyə görə Azərbaycana təşəkkür də yer alıb.

Xatlırladaq ki, martın 10-da Niderlandın İrandakı diplomatik missiyasının rəhbəri Emil De Bont Tehrandakı səfirliyin müvəqqəti olaraq Azərbaycanda fəaliyyət göstərəcəyini açıqlayıb. Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq isə aprelin 29-da Tehrandakı səfirliyin fəaliyyətini Bakıda davam etdirdiyini bildirib.

Tarix
2026.06.09 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla