Yuxarı

Qaz şəbəkəsinə qoşulma ilə bağlı məlumatlandırma tədbiri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaz şəbəkəsinə qoşulma ilə bağlı məlumatlandırma tədbiri...

Naxçıvan Muxtar Respublikasında qaz təchizatı sahəsində göstərilən xidmətlərin əlçatanlığının artırılması, istehlakçıların məlumatlandırılması və rəqəmsal həllərin tətbiqinin təşviqi məqsədilə paylayıcı qaz şəbəkəsinə qoşulma qaydalarına, prosedurlara və elektron xidmətlərə həsr olunmuş məlumatlandırma tədbiri keçirilib.

Axar.az xəbər verri ki, görüşdə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun birinci müavini (əməliyyat üzrə) Nail Abdullayev, Birliyin idarəetmə aparatının və Naxçıvan Regional Qaz İstismarı İdarəsinin struktur bölmələrinin rəhbərləri, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən aidiyyəti dövlət orqanlarının səlahiyyətli nümayəndələri, habelə təbii qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi və quraşdırılması sahəsində fəaliyyət göstərən podratçı təşkilatların nümayəndələri iştirak ediblər.

Çıxış edən Birlik rəsmiləri bildiriblər ki, tədbirin əsas məqsədi qaz şəbəkəsinə qoşulma prosesinin iştirakçıları arasında koordinasiyanın gücləndirilməsi, normativ tələblərin vahid qaydada tətbiqinin təmin edilməsi, vətəndaşların və sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsinin artırılması, eləcə də xidmətlərin göstərilməsi zamanı qarşıya çıxan praktiki məsələlərin müzakirəsi və həlli istiqamətində fikir mübadiləsinin aparılmasıdır.

Daha sonra podratçı təşkilatların nümayəndələrinin sualları cavablandırılıb, zəruri məlumatlar təqdim olunub.

Tarix
2026.06.10 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

Artıq bəsdir: İran bu Əbülfəzli susdurmalıdır!

Şimali Kiprin baş naziri Azərbaycana gəlir

Ermənilər Azərbaycan mahnısına oynadılar - Video

Kremlin İrəvanla bağlı siyasəti: Buna məcburdur!

Azovda həlak olan azərbaycanlıların nəşləri tapıldı

Milli Məclisdə büdcənin icrası müzakirə edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla