Yuxarı

Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...

Azərbaycanda 16 yaş həddindən olan uşaqlar üçün yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi hesab yaradılması mümkün olmayacaq.

Axar.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

O bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin apardığı son sorğuya görə, ölkədə 43% valideyn uşağının sosial şəbəkədə istifadəsinə nəzarət edə bilmir:

“Bu özü də çox narahatlıq doğuran bir məqamdır. Burada həmçinin mənfi fəsadların arasında psixoloji problemlər, təhsildən geri qalma, asılılıq və vaxt itkisi, eləcə də yuxusuzluq və görmənin zəifləməsi kimi məsələlər qeyd olunur. Bundan başqa, məktəbyaşlı övladı olan ailələrin 64%-ində uşaqlar artıq sosial mediadan istifadə edir və hər 5 uşaqdan biri orta hesabla 5 saatdan çox sosial şəbəkədə vaxt keçirir. Bu, özlüyündə təbii ki, olduqca narahat edən bir statistikadır və istifadə olunan platformalar arasında Yutub, Vatsap və Tiktok platformaları üstünlük təşkil edir”.

Nazir müavini əlavə edib ki, dəyişikliklə 16 yaş həddində olan uşaqlar üçün yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi hesab yaradılması mümkün olmayacaq:

"16-18 yaş arası istifadəçilər üçün isə nəzarətli istifadə modeli tətbiq olunacaq. Bu yaş qrupunda hesab yaradılması yalnız qanuni nümayəndələrin razılığı ilə mümkün olacaq. Platformalar isə valideyn nəzarəti panelini təmin etməyə borclu olacaqlar. Onların üzərinə belə bir məsuliyyət qoyulacaq".

Tarix
2026.06.10 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla