Yuxarı

"Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda

“Kristal”ın şəhərin ən perspektivli ərazilərindən birində reallaşdırdığı prestijli "Highland Residence" layihəsindən mənzil sahibi olmaq istəyənlər üçün yeni fürsət var. Tikintisinin əsas hissəsi artıq tamamlanmış yaşayış kompleksində dəniz və 43 hektarlıq “Gənclik” parkına açılan mənzərəyə malik mənzillər sərfəli ipoteka şərtləri ilə satışa çıxarılıb.

Layihə çərçivəsində 52 kv.m-lik 2 otaq studiya mənzillərdən 108 kv.m-lik 3 otaq mənzillərədək müxtəlif seçimlər təqdim olunur. Tikintisi tamamlanmış binada yerləşən bu mənzillər 20 ilədək ipoteka imkanı ilə təklif edilir. Yaxın zamanda təhvil veriləcək mənzillər həm rahat yaşayış, həm də gəlirli investisiya üçün əlverişli seçim hesab olunur.

“Highland Residence” 8 Noyabr prospektinə və “Həzi Aslanov” metro stansiyasına yaxın, paytaxtın ən iri yaşıllıq zonalarından biri olan “Gənclik” parkının birbaşa yanında yerləşir. Kompleksin əlverişli lokasiyası şəhərin əsas istiqamətlərinə rahat çıxış təmin etməklə yanaşı, ətrafda yerləşən məktəb, uşaq bağçası, klinika, fitnes mərkəzi və müxtəlif xidmət obyektləri sayəsində sakinlərin gündəlik ehtiyaclarını maksimum komfortla qarşılamağa imkan yaradır.

Layihədəki bütün mənzillər yüksək keyfiyyət standartlarına uyğun tam təmirli şəkildə təhvil verilir. Təmir işlərində Almaniyanın “HARO” laminat və parketləri, “Grohe” hamam aksesuarları, İtaliyanın “Zambaiti Parati” divar kağızları, “Gewiss” elektrik açarları və “Prysmian” yanmayan kabel infrastrukturu, həmçinin Türkiyənin “Seranit” kafellərindən istifadə olunur. Mənzillər funksional planlaşdırma, yüksək səviyyəli istilik və səs izolyasiyası ilə seçilir.

Kompleks sakinlərin rahatlığı üçün geniş infrastrukturla təmin olunub. Burada 24/7 təhlükəsizlik sistemi, avtomobilsiz və təhlükəsiz həyət konsepti, geniş yaşıllıq zonaları, uşaqlar üçün oyun meydançaları, futbol və basketbol sahələri, eləcə də yeraltı və geniş avtodayanacaq sakinlərin istifadəsinə verilir. Layihənin ən mühüm üstünlüklərindən biri isə 300 mindən çox ağacı əhatə edən möhtəşəm “Gənclik” parkının birbaşa yaxınlıqda yerləşməsidir.

Rahat yaşayış və sərfəli investisiya imkanlarını bir araya gətirən “Highland Residence” layihəsində mənzil seçimi etmək üçün indi əlverişli zamandır. Layihənin üstünlükləri və satış şərtləri ilə bağlı ətraflı məlumat əldə etmək üçün layihənin satış ofisinə müraciət edə və ya *1544 nömrələsi ilə əlavə məlumat ala bilərsən.

Ətraflı: *1544

Ünvan: Xətai rayonu, "Gənclik" parkının yanı

kristal.az

Tarix
2026.06.10 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla