Yuxarı

Sosial şəbəkələrdə yaşın yoxlanılması necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosial şəbəkələrdə yaşın yoxlanılması necə olacaq?

Sosial şəbəkələrdə yaşın yoxlanılması bank kartı (vəsaitin müvəqqəti bloklanması yolu ilə), elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, bu məsələdə bəzi öhdəliklər həm də provayderlərin üzərində düşür:

"Yeniyetmə istifadəçilər üçün asılılıq yaradan "infinite scroll" (sonsuz sürüşdürmə) və videoların avtomatik səsləndirilməsi kimi manipulyativ dizaynların tətbiqi qadağan olunur. Həmçinin valideynlər uşaqların platformada keçirdiyi vaxtı və onlara göstərilən məzmun dairəsini idarə etmək üçün texniki imkanlar (aktiv nəzarət paneli) təqdim etməlidir".

H.Hüseynli bildirib ki, fərdi məlumatlar yalnız yaşın təsdiqi üçün istifadə edilməli və uyğunluq təsdiqlənmədiyi halda dərhal silinməlidir:

"Bu məlumatların kommersiya (reklam) məqsədilə istifadəsi və üçüncü tərəfə ötürülməsi qadağan olunur. Provayderlər zərərli məzmunu aşkar etdikdən sonra maksimum 24 saat ərzində silməli və bu prosesi 24/7 rejimində rəqəmsal həllərlə təmin etməlidirlər".

Tarix
2026.06.10 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla