Yuxarı

“Azərişıq” Beyləqanda sahibkarlarla görüş təşkil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq” Beyləqanda sahibkarlarla görüş təşkil etdi

Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC regionlarda maarifləndirici tədbirlər, görüşləri davam etdirir.

Axar.az xəbər verir ki, fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə keçirilən belə görüşlərdən biri Beyləqanda baş tutub.

Gənclər Mərkəzində keçirilən görüşə 30-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zülfi Ağayev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Telman Məstanov iştirak edib.

Görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma, əsaslı təmir işləri barədə məlumat verilib. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir. Ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, izolyasiyalı xətlər çəkilir.

Həmçinin tədbir iştirakçılarına elektron xidmətlər barədə informasiyalar çatdırılıb. Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.

Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları cavablandırılıb, onların təklif və tövsiyələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Azərişıq” ASC-nin təşkil etdiyi maarifləndirici tədbirlər, görüşlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.

Tarix
2026.06.10 / 18:26
Müəllif
Axar.az
Digər xəbərlər

Saleh Səmədovun məhkəməsi: Özünü təqsirli bildi

Beqaydan Əliyevə: Bunu sizə çatdırmaqdan şərəf duyuram

Ramiz Mehdiyevlə bağlı yeni qərar verildi

Vuçiç Zakir Həsənovla görüşdü

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla