Yuxarı

Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?

Əmək müqaviləsi üzrə çalışmaq işçini bir sıra hüquqlar verir. Belə ki, o, bununla məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələrdən icbari sığorta olunmaq, sosial müdafiə üzrə təminatlardan istifadə etmək hüquqları qazanır.

Axar.az xəbər verir ki, əmək müqaviləsi ilə işçi təhlükəsiz və sağlam əmək şəraitində çalışmaq, qanunvericiliklə müəyyən edilmiş iş vaxtında çalışmaq, minimum məbləğdən az olmayan əməkhaqqı almaq, istirahət günlərindən və ödənişli məzuniyyətdən istifadə etmək, peşə hazırlığını artırmaq kimi hüquqlara malik olur.

O, iş yeri, vəzifəsi, əməkhaqqı və əmək münasibətlərinə dair digər məlumatlar barədə işəgötürəndən arayış ala, eləcə də elektron informasiya sistemi vasitəsilə əmək müqaviləsini və əmək münasibətlərinə dair arayışları real vaxt rejimində əldə edə bilər.

İşçinin əmək müqaviləsi üzrə əsas hüquqları sırasına əmək fəaliyyəti zamanı sağlamlığına və əmlakına dəyən ziyanın ödənilməsini tələb etmək, əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və ya xitamı ilə bağlı işəgötürənə müraciət etmək hüquqları da yaranır.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsman tərəfindən 18 may–18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan edilib.

Tarix
2026.06.10 / 18:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda dərsliklər əhəmiyyətini tamamilə itirəcək - Nazir

Azərbaycan üçün yeni imkanlar yaranıb - PA rəsmisi

Saleh Səmədovun məhkəməsi: Özünü təqsirli bildi

Beqaydan Əliyevə: Bunu sizə çatdırmaqdan şərəf duyuram

Ramiz Mehdiyevlə bağlı yeni qərar verildi

Vuçiç Zakir Həsənovla görüşdü

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla