Yuxarı

"Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi

Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti prosesi keçirilib.

Axar.az Unikal-a istinadla xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə cinayət işinin ibtidai istintaqını aparan Xəzər rayon Polis İdarəsinin baş müstəntiqi ifadə verib. Hadisə baş verəndən bir müddət sonra müstəntiqin hadisə yerinə gəlməsi və hadisə yerinin vəziyyəti ilə bağlı protokollarda aparılan qeydlər zamanı yaranmış anlaşılmazlıqlara müstəntiq aydınlıq gətirib.

Təqsirləndirilənin vəkilləri isə öz növbəsində ibtidai istintaq zamanı hadisə yerinin sxeminin tərtibi və bəzi müayinələr zamanı müəyyən problemlərin olduğunu deyiblər.

Təqsirləndirilən şəxsin vəkili Hikmət Əliyev ibtidai istintaqın yenidən aparılması ilə bağlı vəsatət təqdim etsə də məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra protokollara əlavə edilmiş hal şahidlərininin ifadələri ilə baglı təqsirləndirilənin digər vəkili Fərid Həsənov vəsatət verərək, qəza baş verən zaman hal şahidlərinin həqiqətən də hadisə yerində olub olmadıqlarını müəyyənləşdirmək üçün anten dairələrinin müəyyənləşdirilməsini istəyib.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

Xatırladaq ki, istintaq zamanı bloger Arzum barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

"Arzum" ləqəbli tiktokerə qarşıCinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Tarix
2026.06.11 / 12:16
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla