Yuxarı

ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında...

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin dəmiryol administrasiyasının rəhbəri Cabbar Əli Zakeri ilə birlikdə Astara Terminalında aparılan tikinti işləri ilə tanış olub.

Axar.az xəbər verir ki, terminala baxış zamanı layihənin icra vəziyyəti, görülən işlər və növbəti mərhələlər barədə ətraflı məlumat təqdim edilib. Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas infrastruktur elementlərindən olan Astara Terminalında tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.

Görüş zamanı tərəflər Azərbaycan və İranın dəmir yolları arasında əməkdaşlığın cari vəziyyətini, Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişaf perspektivlərini və yük həcmlərinin artırılması imkanlarını müzakirə ediblər. Qeyd olunub ki, Astara Terminalı tam istifadəyə verildikdən sonra illik 3,5-4 milyon ton yükötürmə qabiliyyəti ilə yük əməliyyatlarının daha səmərəli təşkilinə və regionun tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verəcək. İki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığının strateji komponentlərindən biri olan Astara Terminalının fəaliyyəti qarşılıqlı yük dövriyyəsinin artırılmasına, beynəlxalq yükdaşımaların sürətləndirilməsinə və Şimal-Cənub dəhlizinin rəqabətqabiliyyətinin yüksəldilməsinə xidmət edəcək.

Sonda Astara Terminalının tikintisinin tamamlanması və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb.

Qeyd edək ki, 2026-cı ilin 5 ayında Astara terminalında 345 min tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 26 faiz çoxdur.

Tarix
2026.06.11 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla