Yuxarı

Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?

Hərbi xidmətə gedən, xəstə olan və ya xəstəxanada yatan şəxslər üçün kreditlərlə bağlı qanunvericilikdə hər hansı xüsusi güzəşt nəzərdə tutulmayıb. Kredit ödənişlərinin dondurulması, faizlərin və ya cərimələrin hesablanmasının dayandırılması, ödəniş müddətinin avtomatik uzadılması kimi mexanizmlər mövcud deyil.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov hərbi xidmətə çağırılan vətəndaşların kredit öhdəlikləri barədə danışarkən deyib.

“Adətən belə hallarda banklar tənqid olunur. Amma nəzərə almaq lazımdır ki, bank öz pulunu kredit vermir. Bank əmanətçilərdən vəsait cəlb edir və həmin vəsaitə görə faiz ödəyir. Əgər qanunla bankların üzərinə kreditlərin dondurulması və ya ödənişlərin dayandırılması öhdəliyi qoyulsa, bu, maliyyə sektorunda əlavə problemlər yarada bilər.

Banklar istəsələr, fərdi qaydada müştərilərinə güzəşt tətbiq edə bilərlər. Vətəndaş banka müraciət edə bilər və bank da vəziyyəti nəzərə alaraq müəyyən güzəştlər edə bilər. Bu, tamamilə könüllü xarakter daşıyır”, - o bildirib.

Ə.Həsənov hesab edir ki, problemin həlli üçün dövlət mexanizmi yaradılması daha məqsədəuyğun olardı:

“Məncə, qanunvericilikdə elə bir mexanizm nəzərdə tutula bilər ki, hərbi xidmətə çağırılan və ya müəyyən səbəbdən gəlir əldə edə bilməyən şəxslərin kredit ödənişlərini müvəqqəti olaraq dövlət qarşılaya bilsin. Həmin şəxs xidmətini başa vurduqdan və ya normal həyatına qayıtdıqdan sonra isə bu vəsaiti dövlətə geri ödəsin. Belə bir yanaşma daha məntiqli olardı. Çünki vətəndaşı hərbi xidmətə dövlət çağırır və onun maliyyə öhdəlikləri də nəzərə alınmalıdır. Hazırda belə bir hüquqi mexanizm yoxdur. Bank özəl sahibkardır və xeyriyyə fondu deyil. Ona görə də bütün yükün bankların üzərinə qoyulması düzgün yanaşma sayılmaz”.

Tarix
2026.06.12 / 10:32
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla