Yuxarı

“Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Bakcell” mədəniyyət və incəsənətin inkişafına yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət dünya klassik musiqisinin seçilmiş nümunələrini bir araya gətirən “Signature Gala Night” tədbirinə tərəfdaşlıq edib.

Tədbirdə ispan səhnəsinin tanınmış ifaçısı Angeles Toledano, məşhur “The Magic of Sanremo” layihəsinin iştirakçıları, virtuoz gitaraçı Benito Bernal, Azərbaycanın xalq artisti Samir Cəfərov, əməkdar artist Ramil Qasımov və digər tanınmış musiqiçilər səhnə alıblar. Musiqi proqramı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Böyük Akademik Orkestrinin müşayiəti ilə təqdim olunub. Konsertə teatrın baş dirijoru, əməkdar incəsənət xadimi Əyyub Quliyev rəhbərlik edib.

“Bakcell”in tədbirə verdiyi dəstək şirkətin mədəni irsin qorunması, incəsənətin təşviqi və cəmiyyət üçün dəyər yaradan təşəbbüslərin inkişafına yönəlmiş fəaliyyətinin tərkib hissəsidir. Şirkət ölkədə mədəniyyət və incəsənətin inkişafına töhfə verən layihələri dəstəkləməyə davam edir.

Qeyd edək ki, “Signature Gala Night” yerli və beynəlxalq sənətçilərin iştirakı ilə klassik musiqi ənənələrini bir araya gətirən xüsusi mədəniyyət layihəsidir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

Tarix
2026.06.12 / 11:53
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla