Yuxarı

Prezidentin köməkçisindən icra başçılarına çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin köməkçisindən icra başçılarına çağırış

Aqrar sahədə məhsuldarlığın yüksəldilməsi, suvarma və enerji təchizatının təkmilləşdirilməsi, innovativ texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi yalnız bütün icraçı strukturların əlaqəli şəkildə işləməsi sayəsində reallaşa bilər.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr edilmiş regional müşavirədə bildirib.

"Müasir suvarma texnologiyalarının tətbiqi, təsərrüfatdaxili suvarma infrastrukturunun təkmilləşdirilməsi, mövcud kanalların təmizlənməsi, eləcə də su istifadəsi sahəsində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi xüsusi önəm daşıyır", - Z.Nağdəliyev qeyd edib.

Onun fikrincə, su və torpaq ehtiyatlarından effektiv istifadə dövlət proqramının başlıca prioritetləri sırasındadır:

"Bu gün müşavirədə iştirak edən icra hakimiyyəti rəhbərləri, sahibkarlar və iri fermer təsərrüfatlarının təmsilçiləri dövlət proqramından doğan aşağıdakı tapşırıqların yerinə yetirilməsinə xüsusi diqqət göstərməlidirlər.

Mən xüsusilə icra hakimiyyəti başçılarına müraciət edərək demək istəyirəm ki, hörmətli həmkarlar, dövlət proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birgə aqrar sektorda əsas istiqamətlər üzrə hədəfləri, hədəf göstəricilərini və nəticə indikatorlarını təyin edərək, hər bir rayonun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının işlənib hazırlanmasını təmin etməlisiniz. Bu, 2026-2030-cu illər üçün dövlət proqramının əsasında olmalıdır, eyni zamanda dövlət proqramı sizin inkişaf və perspektiv planlarınızın bazasını formalaşdırmalıdır".

Z.Nağdəliyev həmçinin vurğulayıb ki, yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin, silo və soyuducu anbar təsisatlarının qurulması, müasir suvarma sistemlərinin geniş miqyasda tətbiqi, kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusilə pambıqçılıq və taxılçılıq sahələrində məhsuldarlığın yüksəldilməsi ilə bağlı nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün bütün zəruri addımlar atılmalıdır:

"İlk növbədə bunlar sizin həmin perspektiv planlarınızda əks olunmalıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, dövlət proqramının icrası ilə əlaqədar təşkilati işlərin aparılmasında əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu struktura daxil olan bütün təsisatların, yəni mərkəzi icra hakimiyyətlərinin yerlərdəki bütün qurumlarının fəaliyyətini koordinasiya etmək öhdəliyi ilə sizin üzərinizə düşən ən mühüm vəzifədir".

Tarix
2026.06.12 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

ABŞ və İran nələri razılaşdırıb? - Detallar

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

Milli Məclisin növbəti iclası başladı

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

Azərbaycan XİN Filippini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla