Yuxarı

Toy karvanında qəza: 1 ölü, 7 yaralı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:22

Göygöl rayonunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonunun Yeni Qızılca kəndində qeydə alınıb

Toy karvanında hərəkət edən "Niva" markalı avtomobil VAZ-2107 markalı avtomobilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Qəza zamanı VAZ-2107 markalı avtomobilin sərnişini 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

Avtomobildə olan digər sərnişinlər - 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. VAZ- 2107 markalı avtomobilin sürücüsü Abdullayev İtiqam qəza zamanı xəsarət almayıb. "Niva" markalı avtomobilin sərnişinləri 1975-ci il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Kamil, o cümlədən sürücü 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Tarix
2016.09.25 / 19:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla