Yuxarı

"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar

"İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili Rəşad Mirmehdizadə vəsatət verib. O, hüquqlarını müdafiə etdiyi şəxsin yetkinlik yaşına çatmadığını əsas gətirərək iclasın qapalı keçirilməsini xahiş edib.

Bundan əlavə, vəkil müvəkkili barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını da istəyib. O, zərərçəkmişlə barışıq əldə edildiyini deyib.

Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi də məhkəmədən prosesinin qapalı keçirilməsini xahiş edib.

Müşavirədən sonra qərar elan olunub.

Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib, baxış iclası iyulun 1-nə təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb. Prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət təmin edilməyib.

Xatırladaq ki, hadisə bu ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Tarix
2026.06.17 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm...

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla