Yuxarı

Şirəliyevlərə məxsus xəstəxananın baş həkimi dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirəliyevlərə məxsus xəstəxananın baş həkimi dəyişdi

Azərbaycanın mərhum səhiyyə naziri Oqtay Şirəliyevin ailəsinə məxsus olan Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.

Axar.az Ölkə.az-a istinadla xəbər verir ki, xəstəxananın baş həkimi, tibb elmləri namizədi Könül Xəlilova vəzifəsindən azad olunub.

Qeyd edək ki, o, 2016‑cı ildən bu postda çalışırdı.

Respublika Diaqnostika Mərkəzinə yeni baş həkim də təyin olunub. İmzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti işləyib.

Xatırladaq ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. O, 2025-ci il oktyabrın 3-də dünyasını dəyişib. Hazırda mərkəzin baş direktoru Rəşid Vəzirovdur.

Tarix
2026.06.29 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla