Yuxarı

Dərs vaxtı telefon qadağasının məqsədi... - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dərs vaxtı telefon qadağasının məqsədi... - Nazir

Elm və təhsil naziri Emin Əmrullayev şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsinin qadağan olunması ilə bağlı qərarı şərh edib.

Axar.az APA-ya istinadla xəbər verir ki, nazir məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı qaydaların tətbiqinin əsas məqsədinin tədris prosesinin pozulmasının qarşısını almaq olduğunu bildirib.

Onun sözlərinə görə, dərs zamanı şagirdlərin mobil telefondan danışmaq, oyun oynamaq və ya digər məqsədlərlə istifadə etməsi təlim prosesinə mənfi təsir göstərir, buna görə də bu sahədə vahid qaydaların tətbiqinə ehtiyac var.

O qeyd edib ki, şagirdlərin məktəbə telefon gətirməsi qadağan edilmir, lakin dərs müddətində telefonlardan istifadə yolverilməzdir və onlar müəyyən edilmiş qaydalara uyğun saxlanılmalıdır.

Emin Əmrullayev vurğulayıb ki, yalnız fövqəladə və ya təxirəsalınmaz hallarda istisnalar mümkündür.

Nazir əlavə edib ki, məqsəd telefonların məktəbə gətirilməsinin qarşısını almaq deyil, dərs vaxtı onlardan istifadənin tədris prosesinə mane olmasının qarşısını almaqdır.

Tarix
2026.06.30 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla