Yuxarı

Baş Ələt stansiyasının yolları yenidən qurulur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş Ələt stansiyasının yolları yenidən qurulur

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu infrastrukturunun modernləşdirilməsi çərçivəsində Baş Ələt stansiyasında əsaslı yenidənqurma və təmir işlərini davam etdirir.

Axar.az xəbər verir ki, hazırda stansiyanın dəmir yolu xətləri mərhələli şəkildə yenilənir, hərəkətin daha təhlükəsiz və səmərəli təşkili üçün müasir infrastruktur həlləri tətbiq olunur. Aparılan işlərə müvafiq infrastruktur elementlərinin yenilənməsi və kontakt şəbəkəsinin təkmilləşdirilməsi də daxildir. Layihə çərçivəsində Bakı Limanından və cənub istiqamətindən daxil olan yük qatarlarının Baş Ələt stansiyasının çeşidləmə parkına giriş və çıxışını təmin edən yollar da yenidən qurulur.

Baş Ələt stansiyası yük və sərnişin daşımaları, eləcə də ölkənin əsas nəqliyyat və logistika istiqamətlərinin əlaqələndirilməsi baxımından ADY şəbəkəsinin mühüm qovşaqlarından biridir. Stansiyada həyata keçirilən modernləşdirmə işləri qatarların hərəkət təhlükəsizliyinin artırılmasına, əməliyyatların daha çevik təşkilinə və yükdaşıma imkanlarının genişləndirilməsinə xidmət edir.

Tarix
2026.06.30 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla