Yuxarı

“Azəriqaz” İB yanında İŞ-nin Fəaliyyət Planı təsdiqləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” İB yanında İŞ-nin Fəaliyyət Planı təsdiqləndi

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura ilk işçi iclasını keçirib. Birliyin inzibati binasında keçirilən iclasda Şuranın fəaliyyətinin təşkili və ictimai nəzarət mexanizmlərinin qurulması məsələləri geniş müzakirə edilib.

Axar.az xəbər verir ki, iclasda İctimai Şuranın fəaliyyət istiqamətlərini müəyyən edən Yol Xəritəsi, Fəaliyyət Planı və Tədbirlər Planı ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrin yekunu olaraq verilən təkliflər də nəzərə alınmaqla Şuranın Yol Xəritəsi, Fəaliyyət Planı və illik Tədbirlər Planı təsdiqlənib.

Çıxış edənlər vurğulayıblar ki, Şuranın işi ilə bağlı hüquqi, texniki və etik çərçivələrin yer aldığı, eləcə də konkret fəaliyyət mexanizmlərinin qeyd olunduğu bu sənədlər qaz təchizatı sahəsində şəffaflığın və hesabatlılığın təmin edilməsinə, ictimai iştirakçılığın artırılmasına imkanlar açacaq, mühüm töhfələr verəcək.

İclasda növbəti addım kimi Şuranın öz məqsədlərini həyata keçirməsi üçün kommunikasiya və koordinasiya vasitələrinin qurulması, işçi orqanlarının yaradılması, fəaliyyət istiqamətləri üzrə məsul şəxslərin müəyyən edilməsi planlaşdırılıb.

Tarix
2026.06.30 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla