Yuxarı

Hövsanda yeni ictimai çimərlik istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hövsanda yeni ictimai çimərlik istifadəyə verildi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində yaradılmış yeni nümunəvi ictimai çimərlik sakinlərin istifadəsinə verilib. Təxminən 5 hektar ərazini əhatə edən ödənişsiz istirahət məkanı IDEA İctimai Birliyi tərəfindən yaradılan sayca yeddinci nümunəvi ictimai çimərlikdir.

IDEA İctimai Birliyindən Axar.az-a bildirilib ki, sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, şezlonqlar və zibil konteynerləri yerləşdirilib, oyun meydançaları qurulub və istifadə üçün tam hazır vəziyyətdədir.

Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.

Çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərlikləri cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə daha əvvəl paytaxtın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilər abadlaşdırılaraq nümunəvi ictimai çimərliklər yaradılıb. Hövsan qəsəbəsində istifadəyə verilən yeni çimərliklə onların sayı yeddiyə çatdırılıb.

Hamıya dəniz mövsümündə xoş istirahət arzulayan IDEA İctimai Birliyi, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətraf mühiti çirkləndirməməyə, suda təhlükəsizlik qaydalarına riayət etməyə və istirahət zamanı ehtiyatlı davranmağa çağırıb.

Tarix
2026.06.30 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla