Yuxarı

MEK-in 100 illik fəaliyyəti ilə bağlı monoqrafiya nəşr edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MEK-in 100 illik fəaliyyəti ilə bağlı monoqrafiya nəşr edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) 100 illik yubileyinə həsr olunmuş “Mərkəzi Elmi Kitabxana 100 il elmin keşiyində” adlı monoqrafiya işıq üzü görüb.

Axar.az xəbər verir ki, nəşr Azərbaycanın ən böyük elmi-informasiya mərkəzlərindən biri olan Mərkəzi Elmi Kitabxananın birəsrlik fəaliyyət yolunu, keçdiyi inkişaf mərhələlərini və ölkənin elmi-mədəni həyatına verdiyi töhfələri əks etdirir.

Kitabın müəllifləri MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyevadır. Nəşrin elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, rəyçiləri tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Xələfova və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyeva, ixtisas redaktoru isə Şəbnəm Rüstəmovadır.

Monoqrafiyada 100 illik zəngin və keşməkeşli inkişaf yolu keçmiş AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyəti geniş şəkildə tədqiq olunub, onun struktur bölmələri, informasiya mühitində tutduğu yer və müasir elmi-kommunikasiya proseslərindəki rolu elmi-nəzəri əsaslarla təhlil edilib.

“Azərbaycan elminin yaddaş arxivi: akademiya kitabxanasının yaranması və inkişaf tarixi” adlı birinci fəsildə kitabxananın təşəkkülü və inkişaf mərhələləri araşdırılıb. “Mərkəzi Elmi Kitabxananın şöbələri” adlı ikinci fəsildə qurumun struktur vahidlərinin yaranma tarixi və fəaliyyət istiqamətləri təqdim olunub. “Mərkəzi Elmi Kitabxananın direktorları” adlı üçüncü fəsildə isə müxtəlif dövrlərdə kitabxanaya rəhbərlik etmiş direktorların həyat və fəaliyyəti işıqlandırılıb.

Monoqrafiya kitabxanaşünaslar, tarixçilər, elm və təhsil sahəsində çalışan mütəxəssislər, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Tarix
2026.06.30 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla