Yuxarı

Yaşayış kompleksində yanğın: maşınlara ziyan dəydi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşayış kompleksində yanğın: maşınlara ziyan dəydi - Foto

Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən "Uğur" yaşayış kompleksində qeydə alınıb.

Binanın həyətində yerləşən məişət tullantıları yanıb. Məlumat daxil olduqdan sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutularda baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində altı ədəd plastik tullantı qutusu, yaxınlıqda park edilmiş "Audi" markalı minik avtomobilinin arxa yük hissəsi, "Nissan" və "Ford" markalı minik avtomobillərinin arxa bamperləri, eləcə də "Ford" markalı yük avtomobilinin ön bamperi yanıb.

Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər nəqliyyat vasitələri yanğından mühafizə olunub.

Tarix
2026.07.02 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla