Yuxarı

"Azərsun Holdinq" mediatur təşkil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərsun Holdinq" mediatur təşkil etdi

"Azərsun Holdinq"un təşkilatçılığl ilə media nümayəndələri üçün "Qafqaz Konserv Zavodu"na mediatur keçirilib. Tur zamanı jurnalistlər “Bizim Tarla” kompotlarının istehsal prosesi ilə yaxından tanış olublar.

Axar.az xəbər verir ki, media nümayəndələrini qarşılayan zavodun direktoru Famil Qeybullayev müəssisənin fəaliyyət istiqamətləri, istehsal gücü və məhsulların hazırlanmasının bütün mərhələləri barədə ətraflı məlumat verib. O bildirib ki, "Qafqaz Konserv Zavodu" yüksək keyfiyyətli məhsullar istehsal etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına və regionun sosial-iqtisadi inkişafına da mühüm töhfə verir.

Direktor qeyd edib ki, zavodun əsas fəaliyyət istiqamətlərindən biri yerli fermer və bağ sahibləri ilə uzunmüddətli əməkdaşlığın qurulmasıdır. Bu əməkdaşlıq sayəsində meyvə istehsalçıları məhsullarını sabit və sərfəli qiymətlərlə realizə edirlər, həmçinin kənd təsərrüfatının inkişafı və yerli istehsalın dəstəklənməsi istiqamətində mühüm nəticələr əldə olunur.

Media tur çərçivəsində jurnalistlər zavodun istehsal sahələrini gəzərək məhsulların xammalın qəbulundan emalına, qablaşdırılmasından hazır məhsulun anbara göndərilməsinədək bütün istehsal mərhələlərini yaxından izləyiblər. Onlara istehsal prosesində tətbiq olunan müasir avadanlıqlar, keyfiyyətə nəzarət sistemi və qida təhlükəsizliyi standartları barədə ətraflı məlumat təqdim olunub.

Tarix
2026.07.02 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkianla görüşdü

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

Prezident "Avaza" Kompleksində milli stendlərə baxdı - Foto

Əliyev Putin və Berdiməhəmmədovla görüşdü

Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında...

Azərbaycanın MDB-yə sədrlik etməsi tarixi məqamdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla