Yuxarı

Xorvatiya MN-in nümayəndə heyəti Azərbaycandadır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xorvatiya MN-in nümayəndə heyəti Azərbaycandadır

Ölkəmizdə səfərdə olan Xorvatiya Respublikasının Müdafiə Nazirliyinin Müdafiə Akademiyasının dekanı polkovnik Goran Huljev, "Katarina Zrinska" adına Xarici Dillər Mərkəzinin direktoru xanım İrina Prifi Duriç və digər nümayəndə heyəti Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunu və Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, keçirilən görüşlərdə Azərbaycan ilə Xorvatiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, hərbi kadrların hazırlanması, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Nümayəndə heyətinə hər iki təhsil müəssisəsinin tarixi, tədris prosesi və maddi-texniki bazası barədə ətraflı məlumat verilib, qonaqlar tədris infrastrukturu ilə yaxından tanış olublar.

Səfər çərçivəsində hər iki ölkənin nümayəndələri hərbi təhsil sistemi və təhsil müəssisələrinin fəaliyyəti, eləcə də bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qarşılıqlı brifinqlər təqdim edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Tarix
2026.07.03 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla