Yuxarı

Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır

Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti təkcə təbii resursları və ya iqtisadi potensialı ilə deyil, rəqəmsal transformasiyanı nə dərəcədə uğurla həyata keçirməsi ilə də müəyyən olunur.

Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

O, bildirib ki, son illərdə Azərbaycanda bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar göstərir ki, ölkə artıq rəqəmsallaşmanı ayrıca bir sahə kimi deyil, ümumi inkişaf strategiyasının əsas sütunlarından biri kimi qəbul edir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan dövlət siyasəti bu sahədə uzunmüddətli hədəfləri müəyyənləşdirməklə yanaşı, onların icrasını təmin edən institusional mexanizmləri də formalaşdırır. Cari ilin fevral ayında dövlət başçısının sədrliyi ilə keçirilmiş müşavirədə qəbul edilən qərarlar Azərbaycanın rəqəmsal inkişaf mərhələsində yeni səhifə açdı. Ardınca təsdiq edilən 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik istiqamətlərində qarşıdakı dövrün əsas prioritetlərini müəyyən etdi. Bu sənədin mühüm xüsusiyyətlərindən biri onun ayrı-ayrı layihələrin məcmusu deyil, vahid strateji inkişaf konsepsiyasının tərkib hissəsi kimi hazırlanmasıdır”.

Millət vəkili deyib ki, dövlət idarəçiliyinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı bu yanaşmanın əsas məqsədləridir:

“Əlbəttə ki, bu prosesdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Şuranın bu il iyunun 29-da keçirilən ilk iclasında çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva vurğuladı ki, əsas məqsəd müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid yanaşmanın formalaşdırılması və qəbul olunan qərarların vaxtında, səmərəli icrasının təmin edilməsidir. Bu yanaşma rəqəmsallaşmanı yalnız texnoloji yenilənmə kimi deyil, idarəetmə mədəniyyətinin müasirləşdirilməsi prosesi kimi təqdim edir. Çıxışda diqqət mərkəzinə çəkilən digər mühüm məqam rəqəmsal transformasiyanın iqtisadi inkişafla birbaşa bağlı olmasıdır. Qeyd olunduğu kimi, yeni texnologiyaların tətbiqi ölkə iqtisadiyyatına əlavə impuls verməli, müasir innovasiya ekosistemi formalaşdırmalı, investisiyaların cəlbini sürətləndirməli və dövlət idarəçiliyinin səmərəliliyini artırmalıdır. Bu baxış rəqəmsal inkişafın yalnız texniki yeniliklərlə məhdudlaşmadığını, onun iqtisadi və institusional modernləşmənin əsas alətlərindən birinə çevrildiyini göstərir. Təsadüfi deyil ki, Fəaliyyət Planı ölkədə qəbul olunmuş digər strateji sənədlərlə tam uzlaşdırılıb.

Rəqəmsal inkişaf, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və süni intellekt üzrə müəyyən edilmiş prioritetlərin vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilməsi dövlət siyasətinin ardıcıllığını və sistemliliyini təmin edir. Dövlət qurumlarında rəqəmsallaşma təşəbbüslərinə rəhbər müavini səviyyəsində məsul şəxslərin müəyyənləşdirilməsi isə qəbul olunan qərarların operativ və məsuliyyətli icrasına xidmət edən mühüm institusional addımdır. Bütün bunlar göstərir ki, Azərbaycanda rəqəmsal transformasiya artıq ayrıca layihələr toplusu deyil, dövlət idarəçiliyinin yeni inkişaf fəlsəfəsinə çevrilməkdədir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən koordinasiya mexanizmləri bu sahədə institusional dayanıqlığı gücləndirir. Nəticə etibarilə, ölkənin rəqəmsal gələcəyini təmin edəcək müasir idarəetmə modeli formalaşır və bu model Azərbaycanın innovativ inkişaf yolunda mövqeyini daha da möhkəmləndirir”.

Tarix
2026.07.04 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla