Yuxarı

Rusiya ordunu bu ərazilərdən geri çəkir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ordunu bu ərazilərdən geri çəkir

Rusiya qüvvələri ümumqoşun bölmələrinin irəliləməsi üçün şərait yaratmağa çalışaraq, pilotsuz sistemlər və xüsusi təyinatlı qüvvələrin bölmələrini Kramatorsk istiqamətinə köçürür.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın 67-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadanın “Dəmir Şahinlər” pilotsuz sistemlər batalyonunun komandiri Vladislav Datsenko bildirib.

Datsenko qeyd edib ki, hazırda Ukrayna ordusu işğalçıların Slavyansk aqlomerasiyasını ələ keçirmək planını pozmağa çalışır. Onun sözlərinə görə, düşmən məhz buna görə bu istiqamətdə əhəmiyyətli qüvvələr cəmləşdirir.

Komandir deyib ki, rusiyalılar xüsusilə də pilotsuz sistemlər bölmələrini və Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinə (QRU) tabe olan xüsusi təyinatlı bölmələri başqa istiqamətlərdən buraya köçürürlər:

“Düşmənin fəallığı kifayət qədər yüksəkdir. Buna görə də əsas məqsəd qış başlamazdan, havalar soyumazdan əvvəl şəhər tipli ərazilərdə müəyyən mövqeləri ələ keçirməkdir”.

O qeyd edib ki, cəbhənin prioritet hesab edilməyən ərazilərindən Rusiya bölmələrinin köçürülməsi barədə də təsdiqlənmiş məlumatlar var. Söhbət əsasən pilotsuz sistemlər qoşunlarının bölmələrindən, o cümlədən briqadalardan və ayrı-ayrı alaylardan gedir.

Tarix
2026.10.09 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla