Yuxarı

Fatimənin qətli: atasından mülklər qalıbmış...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fatimənin qətli: atasından mülklər qalıbmış...

Gürcüstanda vəhşicəsinə öldürülən Fatimə Kərimova ilə bağlı yeni detallar üzə çıxıb.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, 20 yaşlı Fatimə Kərimovanın öldürülməsi ilə bağlı bir çox informasiya həqiqəti əks etdirmir.

Fatimə Kərimovanın bir bacısı var. 2020-ci ildə anası, 2022-ci ildə isə atası vəfat edib. Orxan adlı şəxslə sevgi münasibəti olub və daha sonra ayrılıblar. Atasının vəfatından sonra isə varisliklə Fatimənin adına bir neçə daşınmaz əmlak keçib.

F.Kərimova bu müddət ərzində Orxan adlı şəxslə birlikdə həmin əmlaklardan birini satıb və əmlakın pul bölgüsü üstündə tərəflər arasında mübahisə yaranıb. F.Kərimova Orxanı məhkəməyə də verib.

Daha sonra Fatimə Kərimova K.M-lə ( ad, soyad şərtidir) tanış olub və ailə həyatı qurmaq qərarına gəliblər. Bundan sonra isə Fatimə Kərimovanın Orxan adlı şəxslə münasibətinin olması narazılıq yaradıb. K.M-in ailəsi bu münasibətə qarşı olub.

K.M isə ailəsinin qızdan ayrılmaq tələbini qəbul etməyib. Daha sonra cütlük Fatimə Kərimovanın bibisi oğlu olduğu deyilən Rahib adlı şəxs tərəfindən biznes qurmaq təklifi ilə Gürcüstana dəvət edilib. Cütlük bundan sonra Gürcüstana yollanıb. Bir müddət Gürcüstanda birgə yaşadıqdan sonra isə aralarında mübahisələr olub və Fatimə Kərimovanın bibisi oğlu da məsələyə müdaxilə edərək, yola getmirlərsə, ayrılmalarını məsləhət görüb. Bundan sonra K.M Fatimə Kərimovadan ayrılaraq Bakıya qayıdıb. Daha sonra isə o, Fatimə Kərimova ilə əlaqə saxlayaraq Bakıya qayıtmağı təklif edib. F.Kərimova isə əmisi oğlu Eminin gəldiyini və onunla birlikdə 3 gün ərzində Bakıya qayıdacağını bildirib. Sonra isə tərəflər arasında əlaqə kəsilib.

F.Kərimovanın əmisi oğlu bir müddət onu Tiflisdə kirayə tutduğu mənzildə saxlayıb və bu müddət ərzində F.Kərimovaya şiddət göstərib və son olaraq da boğaraq qətlə yetirib.

Cinayəti törətdikdən sonra isə sözügedən şəxsin digər bir xarici ölkəyə qaçdığı bildirilir.

Tarix
2026.07.04 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Azərbaycan prezidenti ilə birlikdə etdik – Paşinyan

Türkmənistanla münasibətlərin inkişafı... - Deputat

Prezident Laçına görə MDB-yə təşəkkür etdi

MDB bu cür platforma kimi özünü təsdiqləyib

Azərbaycan XİN Uqandanı təbrik etdi

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında... - Foto

Paşinyan səhərini Azərbaycan mahnısı ilə açdı - Video

İlham Əliyev “Avaza” kompleksinə gəldi - Foto

Ümidvaram ki, Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla