Yuxarı

Ümumrespublika birinciliyinə yekun vuruldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ümumrespublika birinciliyinə yekun vuruldu - Video

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” XII Beynəlxalq yarışının və “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika birinciliyinin qaliblərinin iyulun 4-də Qəbələ şəhərində mükafatlandırma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Builki yarışlarda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Belarus və Rusiyadan olan komandalar iştirakçı, Tacikistan isə müşahidəçi qismində iştirak edib.

Yarışlar yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə sağlam həyat tərzinin, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və milli-vətənpərvərlik ruhunun aşılanması, xilasedici peşəsinə marağın artırılması, müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşdırılması məqsədilə təşkil edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə, əvvəlcə yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş olunub.

Sonra məktəblilərin təqdimatında milli vətənpərvərlik və ölkələr arasında dostluğu tərənnüm edən bədii hissə izlənilib, qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar.

Gərgin mübarizə şəraitində keçən beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Özbəkistan, üçüncü yeri isə Belarus komandası tutub. Ümumrespublika birinciliyində isə birinci yerə İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin, ikinci yerə Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbinin, üçüncü yerə isə Qusar rayon Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin komandası layiq görülüb.

Tarix
2026.07.04 / 18:10
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla